Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.

Mia.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq (9:8) oynayan Azərbaycan yığması turnirin qalibi olub.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

***

"FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.

Məlumata görə, Elvin Cəfərquliyev ölkəmizdəki turnirin ən yaxşı futbolçusu adına layiq görülüb.

Ardınca Syerra Leone yığmasının üzvlərinə medallar verilib. Daha sonra yarışın qalibinə mükafatlar təqdim olunub.

Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və Syerra Leone Futbol Assosiasiyasının rəsmiləri iştirak ediblər/Report.