"Beşiktaş" "Arsenal" klubunun ulduz cinah oyunçusu Leandro Trossardı heyətinə qatmaq istəyir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" oyunçu üçün "Arsenal"a 22 milyon avro təklif edib.
Məlumatda bildirilib ki, Arsenal oyunçu üçün 30 milyon avro tələb edir.
Trossardın maaş gözləntisi isə 8-9 milyon avrodur.
Fərid Əhmədov
MİA.AZ