"Fənərbağça" Joze Mourinyo ilə yolları ayırdıqdan sonra baş məşqçi axtarışlarına davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, italiyalı baş məşqçi Luçano Spalletti “Fənərbağça”nın əsas hədəfidir.
Məlumata görə, Spalletti "Fənərbağça"dan gələn təklifə müsbət yanaşır.
Xatırladaq ki, Spalletti 2022/2023 mövsümündə "Napoli"yə 33 il sonra İtaliya A Seriyasını qazandırmışdı.
Fərid Əhmədov
MİA.AZ