Türkiyə Əfqanıstana humanitar yardım göndərib
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Əfqanıstan hökuməti avqustun 31-nə keçən gecə ölkənin şərqində 1400 nəfərdən çox insanın öldüyü 6 bal gücündə zəlzələdən sonra Türkiyədən yardım istəyib: "Təcili ehtiyac duyulan sığınacaq, gigiyena ləvazimatları və ərzaq paketləri də daxil olmaqla təxminən 25 ton humanitar yardım Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə bu gün çatdırılıb".
Tahir Şəlvəli
MİA.AZ