Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində mitinqdə terror törədilib.
Mia.az TASS-a istinadla xəbər verir ki, hadisə əyalətin paytaxtı Kvettadakı Şahvani stadionu qarşısında mitinq bitmək üzrəykən baş verib.
Məlumata görə, nəticədə 4 nəfər ölüb, 17 nəfər yaralanıb.
Partlayışın təfərrüatı və kimlər tərəfindən törədilməsi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
O da bildirilib ki, mitinqi keçmiş baş nazir Sərdar Axtar Menqalın rəhbərlik etdiyi Bəlucistan Milli Partiyası təşkil edib.
Firudin Səfərli
MİA.AZ