Türkiyə-ABŞ nümayəndələrindən ibarət yaradılmış Suriya İşçi Qrupunun növbəti toplantısının vaxtı və məkanı bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, toplantı sabah Vaşinqtonda keçiriləcək.

Dövlət Departamentən bildirilib ki, Türkiyə Xarici işlər nazirinin müavini Nuh Yılmaz və amerikalı həmkarı Kristofer Landaunun həmsədrliyi altında qurumlararası formatda keçiriləcək görüşdə Türkiyə və ABŞ-ın Suriya siyasətlərindəki prioritetlər müzakirə olunacaq: "Görüşdə Suriyada təhlükəsizlik və sabitliyin bərqərar edilməsinə yönələn əməkdaşlıq imkanlarının detallarının dəqqiləşəcəyi gözlənilir"

Xəbərdə o da deyilir ki, iclasın gündəmində İŞİD terror təşkilatı və digər terror təşkilatları ilə mübarizə də var: "Bu çərçivədə Suriya rəhbərliyinə verilən dəstək və Türkiyənin İŞİD-lə mübarizədə öncül regional səylərinə töhvə götür-qoy olunacaq".

Firudin Səfərli
MİA.AZ