İsrail ordusu Qəzza zolağını raket və bombalarla "şumlayır". 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Təşkilatı son məlumatı açıqlayıb.

Bildirilib ki, həyata keçirilən hücumlar nəticəsində bölgədə daha 140 fələstinli ölüb, çoxlu sayda  yaralanıb: "İsrail ordusu hər zamankı kimi, mülki əhalini hədəf alıb. Məsələn, Qəzzanın şimalındakı Əs-Saftavi məhəlləsində fələstinlərin toplaşdığı ərazi vurulub. Təkcə burada 8 nəfər həyatını itirib. Ümumilikdə isə son sutkada 140 nəfər öldürülüb. Onların aralarında qadın və uşaqlar da var..."

Tahir Şəlvəli
MİA.AZ