Türkiyədə 27 şəhərdə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Əli Yerlikaya açıqlama verib.

O bildirib ki, prokurorluq və Jandarma əməkdaşlarınn birgə əməliyyatı ilə başda İstanbul, Ankara və İzmir olmaqla 27 şəhərdə 101 şübhəli şəxs saxlanılıb: "Əməliyyat axtarış tədbirləri ilə çoxlu sayda təşkilata aid sənəd və digər materiallar götürülüb. Bütün terror qruplaşmalarına qarşı fasiləsiz mübarizəmiz davam edir".

Firudin Səfərli

MİA.AZ