Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərdən sonra Albaniyaya səfər etməyi planlaşdırır.

Bunu V.Zelenski Kiyevdə xarici KİV-lərə bildirib.

Həmçinin onun İtaliyaya səfəri də istisna edilmir.

Albaniyaya səfəri zamanı o, avropalı siyasətçilərlə görüşəcək. Daha sonra Ukrayna lideri İtaliyaya gedə və yeni Roma Papası XIV Levin inauqurasiya messasında iştirak edə bilər.

Qeyd edək ki, mayın 15-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq. Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio və digər amerikalı rəsmilər iştirak edəcəklər. V.Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə danışıqlar aparmağa hazır olduğunu bildirib./Report