"Biz Polşaya qarşı tarixi məsuliyyət və səhvimizi ciddi qəbul edirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz Polşada səfəri zamanı deyib.

O bildirib ki, Almaniyanın Hitler dövründə Polşaya təcavüzü və ən əsası Varşava şəhərinin demək olar ki, tamamilə yerlə-yeksan etməsi unudulmaz hadisədir: "Biz çox ağır cinayətdə ittiham edildiyimizin fərqindəyik. Bu günahkarlıq hissindən doğan böyük məsuliyyət hələ də üzərimizdədir. Almaniyanın Polşanın işğalı zamanı həyatını itirən milyonlarla insanı heç vaxt unutmayacaq..."

Lamiyə Əhmədli
MİA.AZ