Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Yəməndəki vəziyyətlə bağlı maraqlı statistik hesabat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hesabatda vətəndaş savaşının indiyədək 4,8 milyon insanın yurd-yuvasından köçkün düşdüyü qeyd olunub.
Hesabatda deyilir ki, bəzi ailələr hətta iki-üç dəfə ölkə daxilində təhlükəsizliyi ilə əlaqdar olaraq sığındığı bölgədən qaçmaq məcburiyyətində qalıb: "Yəmənli ailələrin böyük əksəriyyətinin təcili dəstəyə ehtiyacı var".
Tahir Şəlvəli
MİA.AZ