İsrailin dəstəklədiyi Suriyadaklı druz silahlıları ağ bayraq qaldırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlara artıq ağır texnikaları hökumət qüvvələrinə təhvil verməyə başlayıb.
Məlumatda deyilir ki, bu, mayın 1-də tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən həyata keçirilir: "Suriyanın paytaxtı Dəməşqdə druz nümayəndələri ilə hökumət rəsmiləri arasında əldə olunan razılığa əsasən, silahlı qruplar ağır silahlarını Dəməşqin Cermana məhəlləsində Daxili İşlər Nazirliyinə təhvil verməyə başlayıb".
Şərqi Quta Regional idarəsinin rəsmisi Məhəmməd Seyyid bildirib ki, bu davranışın digər silahlı qruplar üçün örnək olacağına inanır: "Bu prosesdə druzların liderləri və din xadimləri aktiv iştirak edir, prosesi fəal formada dəstəkləyirlər. Ağır texnikalardan sonra yüngül silahlar da toplanacaq"
Xəbərdə o da deyilir ki, druz silahlıları ordu və polis sıralarında işə götürüləcəklər.
Xatrladaq ki, İsrail druzlara görə Suriyada prezident Aparatnın ətrafına qədər hökumət qüvvələrinə görə bombalayırdı. Tel-Əviv druzlara hər hansı bir təzyiqə yol verməyəcəklərini deyirdi.
Tahir Şəlvəli
MİA.AZ