Fransanın Rubaix şəhərində Türk İslam Diyanət İşləri Birliyinə (DİTİB) bağlı 3000 nəfər tutumlu və tikintisi təxminən 12 il davam edən Eyüp Sultan məscidinin açılışı olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Eyüp Sultan məscidinin ibadət üçün açılışına Türkiyənin Parisdəki baş konsulu Kerem Yılmaz, Dini Xidmətlər Baş direktoru Şaban Kondi, DİTİB-nin Fransa üzrə rəhbəri Bayram Dəmirtaş, YTB rəsmiləri və digr çoxsaylı qonaqlar qatılıblar.

Bildirilib ki, məscidlər təkcə ibadət yeri deyil, həm də dostluq və birlikdə yaşamaq iradəsinin simvoludur: “Bu məscid qəlbləri və düşüncələri birləşdirən Allahın bir evidir

Xatırladaq ki, tikintisi təxminən 12 il davam edən və 3000 nəfər tutumlu məscid Osmanlı memarlığından ilhamlanaraq inşa edilib.

Hündürlüyü 23 metr olan 1 minarəsi, 15 metr hündürlüyündə 1 əsas günbəzi və 7 kiçik günbəzi olan məsciddə Konyadan gətirilmiş mərmər, Maraşdan gətirilən qapılar və içərisində isə xüsusi Manisa yun xalçası istifadə olunub. Bundan əlavə, məsciddə İstanbuldan gətirilmiş 4 mərtəbəli 8 metrlik çilçıraq var və Memar Sinandan ilhamlanaraq ibadət yerini hörümçək və böcəklərdən uzaq tutmaq üçün çilçıraqda dəvəquşu yumurtalarından istifadə edilib.

Eyni zamanda, Rubaix Bələdiyyəsi məscidə gedən küçənin adını dəyişərək “İstanbul küçəsi” adlandırıb.

Lamiyə Əhmədli
MİA.AZ