Omanın vasitəçiliyi ilə mayın 3-də İtaliyanın paytaxtı Romada İran və ABŞ arasında keçirilməsi planlanan danışıqlarının dördüncü raundu təxirə salınıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi açıqlama verib.
O, bunun səbəbini belə izah edib: "3 mayda nəzərdə tutulan ABŞ-İran görüşünün tarixini logistik səbəblərə görə dəyişdirilib. Tərəflər razılığa gəldikdən sonra yeni tarix açıqlanacaq"
Zülfiyyə Mustafayeva
MİA.AZ