Filippinin Tarlac əyalətində avtobus idarəetməni itirərək qarşısına çıxan avtomobilləri və piyadaları əzə-əzə gedib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 12 nəfər ölüb, çoxslu yaralılar var.
Filippinin Tarlac əyalətinin polis idarəsindən bildirilib ki, 30-dan çox yaralı var: "İlkin məlumata görə, qəzaya avtobus sürücüsünün yuxuya qalması səbəb olub. Hazırda o, saxlanılıb. İstintaq davam edir, dəyənzərər qiymətləndirilir"
Tahir Şəlvəli
MİA.AZ