Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu rayonunda toqquşma olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, silahlı qruplarla təhlükəsizlik qüvvələri arasında baş verən atışmada ölən və yaralananlar var.

Yerli polis rəsmisi Ərşad Xan bildirib ki, atışmada 3 təhlükəsizlik əməkdaşı həyatını itirib: "Yaraqlılardan isəbir nəfər öldürülüb. Bölgədə terrorçulara qarşı əməliyyat başlayıb".

Tahir Şəlvəli
MİA.AZ