İşğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində İsrail əsgərləri ilə fələstinlilər arasında gərginlik davamm edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhər gərginlik zəminind İsrail hərbçisi bir gənci güllələyib.

Fələstin Səhiyyə Nazirliyindən bildiriilib ki, Süleyman Fəvvaz Nasser Menasira adlı gənc Cenin cənubunda öldürülüb.

İsrail dövlət televiziyası KAN isə həmin gəncin əsgərlərə hücum etdiyini və bu səbəbdən  güllələndiyini bildirib.

Fələstinin WAFA xəbər agentliyi isə gəncin cəsədinin ailəsinə təhvil verilmədiyini yazıb.

Tahir Şəlvəli
Mia.az