"Ötən həftə Donetsk vilayətində daha 4 yaşayış məntəqəsini nəzarətə götürdük".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi açqlayıb.

Açıqlamada aprelin 12-dən 18-dək Ukraynanın hərbi sənaye kompleksləri, həmçinin hərbçilərinin yerləşdiyi nöqtələrin yüksək dəqiqlikli silahlar və PUA-larla vurulduğu qeyd edilib: "Bununla yanaşı, Donetsk vilayətində 4 yaşayış məntəqəsi - Kalinovo, Valentinovka, Yelizavetovka və Preobrajenka qəsəbələri tamamilə nəzarətimiz altına keçib".

Zülfiyyə Mustafayeva
MİA.AZ