İsrail ordusu Qəzza zolağında bir evi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, Cibaliya Qaçqınlar Düşərgəsinin şərqində Tel əz-Zatər bölgəsində Nasyu adlı əxsin evinə endirilən raket zərbəsi nəticəsində aralarında qadın və uşaqların da olduğu 11 nəfər ölüb, yaralananlar var: "Hazırda xilasedicilər dağıntılar altında qalanları xilas etməyə çalşırlar. Ölü sayı arta bilər"

Qeyd edək ki, 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında 51065 nəfər həlak olub, 116505 nəfər isə yaralanıb.

Tahir Şəlvəli
MİA.AZ