ABŞ Mərkəzi Komandanlığına bağlı olan döyüş təyyarələri Yəməndə İranın dəstəklədiyi husiləri növbəti dəfə bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ən çox zərbələr Hudeydə şəhərinin qərbindəki Ras İsa limanına endirilib.
Husilərə məxsus əl-Məsirə televiziyasınin xəbərinə görə, Ras İsa limanınıqısa fasilələrlə iki hücum olunub: "Nəticədə 5-i səhiyyə işçisi olmaqla 40-dək insan ölüb, onlarla insan yaralanıb. Zərbələrdən sonra ərazidə güclü yanğın başlayıb. hazırsda onun söndürülməsi və bölgədəki insanların xilas edilməsi əməliyyatı davam edir"
Tahir Şəlvəli
MİA.AZ