"Qəzzada 2 milyondan çox insan dustaq kimi saxlanılır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsrail 2 martdan bəri Qəzzaya heç bir yardımın girməsinə icazə verməyib: "Qəzzada vəziyyət yenə fəlakətli hal alıb. Orada humanitar yardımlar tükənib. İnsanlar, xüsusilə də uşaqlar arasında stress səviyyəsi yüksəlib, psixi sağlamlıq vəziyyəti çökmək ərəfəsindədir. 2 milyondan çox insan dustaq kimi nə olacağını ümidsizliklə gözləyir. BMT olaraq biz isə bölgəyə humanitar yardımın göndərilməsi üçün səyləri davam etdiririk"

Lamiyə Əhmədli
MİA.AZ