"Sudanda humanitar yardımın paylamnmasına bürokratik əngəllər var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında verib.

O bildirib k, artıq humanitar yardımın ölkədə paylanması mümkünsüz hala gəlir: "Çox çətinliklər yaradılır. İlk olaraq müvafiq personal üçün vizaların alınması əngəllənir. Vəziyyət belə davam edərsə, həyat qurtaran yardım əməliyyatları ciddi şəkildə "tormozlanacaq". Yerli qurumlar artıq bu süni problemlərə əngəllə son verməlidir".

Xatırladaq ki, 2023-cü il aprelin 15-dən ölkədə ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında toqqşma gedir. Ölkə faktiki olaraq iki yerə bölünüb.

Lamiyə Əhmədli
MİA.AZ