"2024-cü ildəki seçki kampaniyası zamanı mənə sui-qəsd cəhdləri barədə dəqiq məlumat verilməyib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib.

Tramp seçkiqabağı kampaniyası zamanı iki dəfə sui-qəsd cəhdi ilə üzləşməsi və bu barədə aparılan araşdırmalar barədə ona məlumat verilib-verilməməsi və bundan razı qalması haqda suala belə cavab verib: “Gizli Xidmət və Federal Təhqiqat Bürosu mənə bu cəhdlər haqda dəqiq bir izahat verməyiblər. Açığı, nəyə inanacağımı bilmirəm. Düzünü desəm, ortada mükəmməl bir izahat yoxdur. Bizim bu qurumları idarə edən iki yaxşı insan var və mən onlardan tutarlı izahatı eşitmək istəyirəm. Hətta ictimaiyyətə açıqlanmasa belə, mənə bu barədə məlumat verilməlidir".

Xatırladaq ki, Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Butler şəhərində mitinqdə tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb, nəticədə o, qulağından güllə yarası alıb. Mitinqdəki bir iştirakçı həlak olub, iki nəfər yaralanıb. ABŞ Məxfi Xidməti hücum edən 20 yaşlı Tomas Metyu Kruksu zərərsizləşdirib. Tramp bundna sonra 2024-cü il sentyabrın 15-i axşam saatlarında Floridada qaldığı yerin yaxınlığında hücuma məruz qalsa da, o, zərər görmədən bölgədən uzaqlaşdırılıb. Bir gün sonra isə şübhəli Ryan Uesli Rouz qanunsuz silah saxlamaq ittihamı ilə həsb olunub.

Lamiyə Əhmədli
MİA.AZ