İstanbulda bələdiyyə üzvlərinin "ov"u sürətlə davam etdirilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul polisi və prokurorluğu bu gün İstanbulun Beşiktaş rayon bələdiyyəsinə qarşı keçirilən "tenderlərdə saxtakarlıq" iddiası ilə əməliyyat keçirib.

Məlumata görə, əməliyyatla 12 nəfər saxlanılıb: "Onların arasında bələdiyyə sədrinin müavini Ali Rıza Yılmaz da var"

Xatırladaq ki, ötənay bu bələdiyyənin sədri Rıza Akpolat və daha 23 işçisi tutulub.

Onu da xatırladaq ki, bu bələdiyyəyə CHP=lilər rəhbərlik edirdi.

Firudin Səfərli
MİA.AZ