İsrail ordusunun Qəzza zolağına hücumu davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açqlama yayıb.

Bildirilib ki, son 24 saat ərzində hücumlarda Qəzzada daha 25 nəfər ölüb, 89 nəfər isə yaralanıb: "Bununla da İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzada həyatını itirənlərin sayı 51025 nəfərə, yaralı sayı isə 116432 nəfərə çatıb"

Zülfiyyə Mustafayeva
MİA.AZ