Yaponiya hökuməti Şimali Koreyaya qarşı uzun illər tətbqi etdiyi sanksiyaların müddətini artırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa açıqlama verib.
O bildirib ki, ölkəsi Şimali Koreyaya qarşı sanksiyaların müddətini daha iki il müddətinə uzadıb: "Sanksiyalar paketində Şimali Koreya gəmilərinin Yaponiya limanlarına daxil olmasından tutmuş,ə iki ölkə arasında ən xırda ticarətin qadağan edilməsinə qədər hər şey yer alacaq".
Xatırladaq ki, 1970-1980-ci illərdə Şimali Koreya hərbçiləri tərəfindən saxlanılan Yaponiya vətəndaşları hələ də buraxılmayıb. Bu isə Tokio və Pxenyan arasında problemi geridönməz hala gətirib.
Zülfiyyə Mustafayeva
MİA.AZ