İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə hücumları davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə daha 41 nəfər həlak olub, 100-dən çox yaralanan var.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu qəsdən mülki əhalinin yaşadığı evləri, çadırları və toplandığı yerləri bombalayır: "Ən ağır zərbələr isə Xan Yunis şəhərinə endirilib. Bu səbəbdən Xan Yunusda itkilər daha çox olub".
İndoneziya Xəstəxanasının direktoru Mervan əl-Sultan isə bildirib ki, İsrailin son hücumunda təcili yardım həkimi Mahmud Əbu Amşa vəzifə başında həlak olub.
Tahir Şəlvəli
MİA.AZ