Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə Saakaşvili iştirak etməyib.

Sabiq prezidentin məhkəmədə iştirak etməməsinə səbəb səhhəti ilə bağlı olduğu bildirilsə də, vəkilləri bu barədə heç bir rəsmi arayış təqdim etməyib. Məhkəmə onun son söz demək istəmədiyi qənaətinə gələrək müşavirəyə gedib. Hökm martın 17-də elan olunacaq.

İş üzrə çoxsaylı sübutlar, videomateriallar və ekspert rəyləri araşdırılıb, şahidlər dindirilib. Prokuror Levan Vepxvadze bildirib ki, bütün dəlillər Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçdiyini sübut edir və gözləntilər onun bu ittiham üzrə tam şəkildə təqsirli bilinəcəyi yönündədir./Report