İsrail bir neçə gün əvvəl İordan çayının qərb sahilinin şimal hissəsində yerləşən Cenin şəhərində öldürülən daha 3 fələstinlinin cəsədini geri verməkdən imtina edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Agentlik yazıb ki, bununla da İsrailin "girov" saxladığı meyitlərin sayı 676-ya yüksəlib: "İsrail həmin cəsədləri ya nömrələnmiş məzarlıqda dəfn edir, ya da morqlarda donduraraq saxlayır. Lakin ailələrinə dəfnə vermir. Onlardan 60-ı uşaq, 9-u qadın meyitidir".

Tahir Şəlvəli
MİA.AZ