İŞİD-in liderlərindən biri Türkiyədə həbs olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan xarici ölkə vətəndaşı M.A. ad-soyadlı terrorçu Şanlıurfada qandallanıb: "O, gizləndiyi yerdə aşkarlanaraq tutulub".

Məumatda deyilir ki, polislər onu gərəkli sənədləşməni apardıqdan sonra ölkəsinə göndərilməsi üçün Miqrasiya İdarəsinə "etap" ediblər.

Tahir Şəlvəli

MİA.AZ