İranın paytaxtı Tehranın şərqində hərbi mərkəzdə partlayış olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə bir əsgər həlak olub, 10 nəfər yaralanıb.
İRNA-ya açıqlama verən Tehran Yanğından Mühafizə İdarəsinin sözçüsü Cəlal Mələki hərbi mərkəzdəki binada əvvəlcə yanğın, ardınca partlayışın baş verdiyini təsdiqləyib: "Bir əsgərimiz həlak olub"
Sözçü yaralanan 10 nəfərin isə hərbçi olmadığını deyib: "Onlar yanğına müdaxilə edən yanğınsöndürənlərdidr. Onlardan 4-ü evə buraxılıb, 6 nəfər isə xəstəxanadadır"
İnqilab Keşikçiləri Ordusundna isə bildirilib ki, Mustafa Abdullahi adlı hərbçi partlayışda həyatını itirib.
Tahir Şəlvəli
MİA.AZ