İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-İsrail hücumları barədə yeni açıqlama verib.
Mia.az xarici mətbuata istinadlıa xəbər verir ki, o, Trampın iddialarının əksinə olaraq, İranın ABŞ-a atəşkəs üçünheç bir mesaj vermədiyini bəyan edib.
Nazir bildirib ki, Tehran heç vaxt atəşkəsə çalışmayıb: "Biz heç vaxt atəşkəs istəməmişik, hətta danışıqlar belə istəməmişik. Hazrda biz müdafiə olunuruq və Tramp son qələbəsi olmayan qanunsuz müharibəyə başladığını anlayana qədər İran geri çəkilməyəcək. Bilirsiniz, insanlar sadəcə ABŞ prezident Tramp əylənmək istədiyi üçün öldürülür. Bu məqsdələ ABŞ-ın Hark adasına hücumu da gözləniləndir. Onsuz da adanın böyük bir hissəsi tamamilə məhv etdiyini iddia edən Trampın özü də dolayısı ilə bunu inkar etmir"
ABŞ Müdafiə naziri Pit Heqsetin İrana hücumlarda "mərhəmətə yer yoxdur" ifadəsinə də izah verən İran diploamtiyasının rəhbəri deyib ki, bu, ABŞ-ın xislətindən doğur: "Deməli, bu, Prezident Tramp və ABŞ-ın seçdiyi bir müharibə və yolxdur. belə bir ölkəyə danşıq aparmağa dəyərmi? unutmayaq ki, biz onlarla müsbət atmosferdə davam edən danışıqlar anında hücuma məruz qalmışıq. Bəli, biz görüşür, danışırdıq. Bəs niyə bizə hücum etmək qərarına gəldilər? Bəs yenidən danışmağa qayıtmağın mənası nədir?"
Nazir ABŞ və İsrailin nüvə silahı barədə iddialarından da söz açıb: "Doğrudur, bizim əlimizdə 440 kiloqram zənginləşdirilmiş nüvə materialı var. Lakin ötən ilin iyun ayında nüvə obyektlərimizə hücum olub və hər şey dağıntılar altındadır. Bəli, 440 kiloqram nüvə materialı dağıntılar altında qalıb. Əlbəttə, onları bərpa ehtimalı var, amma bu, bir qurumun nəzarəti altında olacaq".
Əraqçi əlavə edib ki, İranın qonşu ölkələrdəki mülki şəxsləri hədəf aldığı iddiasını da doğru deyil: "Xeyr, bu doğru deyil. Biz yalnız Amerika aktivlərini, obyektlərini və hərbi bazalarını hədəf alırıq."
İranda saxlanılan dörd ABŞ vətəndaşının təhlükəsizliyi ilə bağlı suala gəldikdə isə XİN başçısı belə cavab verib: "Əgər ABŞ və İsrail həbsxanalarımıza hücum etməsələr, düşünürəm ki, onlar təhlükəsizdirlər".
Tahir Şəlvəli
MİA.AZ