Çilidə güclü zəlzələ olub
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çili Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Antofaqasta bölgəsindəki Sierra Qorda şəhərinə təsadüf edən zəlzələ 6 bal gücündə olub: "Zəlzələ yerli vaxtla saat 13:21-də 96 kilometr dərinlikdə baş verib".
İlkin məlumatlarda can və ya mal itkisi qeydə alınmayıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ