Bu gün bir qrup radikal yəhudi milllətçilləri ravvin və siyasətçi Yehuda Qlikin başçılığı ilə Əl-Əqsa məscidinə basqın ediblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi olan WAFA məlumat yayıb.
Bildirilib ki, israillilər polisin himayəsi altında Qüdsdəki Əl-Əqsa məscidinə qanunsuz girərək, dini ayinlər keçiriblər.
Xatırladaq ki, 26 oktyabr 1994-cü ildə İsrail və İordaniya arasında imzalanan sülh müqaviləsinə əsasən, Məscidül-Əqsa İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir. İddialara görə, israillilər administrasiyanın icazəsi olmadan və İsrailin birtərəfli qərarı və polisin müşayiəti ilə tez-tez müqəddəs ziyarətgaha zorla girir, müsəlmanların namaz qıldığı bölgələrdə dini ayinlər icra edir, şüarlar səsləndirirlər.
Tahir Şəlvəli
MİA.AZ