Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu ilə "Qalatasaray" klubunun prezidenti dursun Özbək arasında gərginlik pik həddə yüksəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF prezidentinin qatıldığı verilişlərin birində "Qalatasaray"ı "topa tutması" ilə başlayan "söz davası" artıq əndazəni aşıb.

Belə ki, TFF prezidentini işlədiyi ifadələrə görə tərəfsizliyi pozmaqda günahlandıran "Qalatasaray" onu istefaya çağırıb.

TFF rəhbəri İbrahim Hacıosmanoğlu isə bu çağırışı çox sərt qarşılayıb. O, “Qalatasaray”ın rəhbərinin canlı yayımda istefa tələbinə elə canlı yayyımda hədələyici cavab verib: “Sən "Qalatasaray" klubunun prezidentisən, mən bu gün TFF prezidentiyəm. Təbii ki, mən bu prezidentlikdən gedəcəm, sən də "Qalatasaray" prezidentliyindən gedəcəksən. Ancaq bunun bədəli sənə çox ağır olacaq”. 

Xatırladaq ki, "Qalatasaray"ın Hacıosmanoğlunu istefaya çağımasına TFF-dən ilk dəstək gəlib. Belə ki, federasiyanın İdarə Heyətinn üzvü Əhməd Köse bu gün istefa verib.

Fərid Aslan

MİA.AZ