"Beşiktaş" Arda Turanın sükanı arxasında olduğu "İkas Eyüpspor"la qarşılaşacağı matçın hazırlıqlarını davam etdirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" oyuna hansı oyunçularla çıxacaqğı indidən böyük maraq doğurub.

Məlumata görə, Baş məşqçi Covanni van Bronkhorst gənc hücumçu Semih Kılıçsoyu ilk 11-likdə oynadacaq: 

"Qapını Mert Günok qoruyacaq. Müdafiənin sağında Svensson, solda isə Artur Masuaku çıxış edəcək. Mərkəz müdafiəçisi dueti Paulista və Uduokhaidən ibarət olacaq. Yarımmüdafiənin mərkəzində Əl Musrati və Gedson Fernandes çıxış edəcək. Bu ikisinin düz qarşısında Rafa Silva 10 nömrəli mövqedə tər tökəcək. Semih Kılıçsoyla yanaşı, Ciro İmmobile forvardda olacaqlar.

Yarımmüdafuənin sağında isə Raşica ilə Joao Mario arasında eçim olacaq"

Fərid Aslan

MİA.AZ