Acun Ilıcalı və Ayça Çağla Altunkaya ötən gecə Esma Sultan Köşkündə toy mərasiminə dəvətli olan məşhur keçmiş futbolçu Sergen Yalçın gecəyə "damğa" vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, toya keşçmiş komanda yoldaşı Oktay Derelioğlunun keçmiş arvadı Sezer Çakırla qatılmaqla bütün diqqətləri üzərinə çəkib.

Uzun illər “Beşiktaş”, “Fənərbağça”, “Trabzonspor” kimi komandalarda çıxış edən Oktay Derelioğlunun keçmiş həyat yoldaşı Sezer Çakır və Sergen Yalçın şəkil çəkilməsinə etiraz etməyiblər. Ancaq jurnalistlərin “Sergen bəy, bəlkə bir neçə suala cavab verəsiniz" xahişinə, o, "Buna gərək yoxdur" cavabı verib. Daha sonra cütlük sakitcə jurnalistlərdən uzaqlaşıblar.

Fərid Aslan

MİA.AZ