Bu gün Millətlər Liqasında Azərbaycan millisi İsveçlə Bakıda qarşılaşıb.

Mia.az xəbər verir ki, saat 20.00-da başlayan qarşılaşmada hesab hələlik açılmayıb.

45+3-də Ramin Şeydayev penaltini vura bilməyib.

65 və 71-ci dəqiqələrdə qonaq komandadan İsak 2 qola imza atıb - 0:2

79-cu dəqiqədə qonaqlar penaltidən fərqi artırıblar - 0:3

81-ci dəqiqədə komandamız hesab arasındakı fərqi azaldıb - 1:3

Oyun bu hesabla başa çatıb.

Onu da qeyd edəki, komandalar meydana aşağıdakı heyətlə çıxıblar:

Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev.

İsveç: Conasson, Auqustinsson, Hin, Duqlas, Valkvist, Ayari, Svanberq, Elanqa, Isak, Kulusevski, Cökereş.

Zülfiyyə Mustafayeva

MİA.AZ