Avropa Liqasında mübarizə aparacaq "Beşiktaş" UEFA-ya göndərdiyi siyahını açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Hatayspor"la anlaşmaq üzrə olan qolçu Vinsent Aboubakarla yanaşı, komandadan göndərilməsi planlanan Daniel Amartey və Aleks Oksleyd-Çemberlen heyət daxil edilməyib.
Beləliklə, "Beşiktaş" Avroliqadakı oyunlarda bu heyətlə meydana çıxacaq:
Mert Günok, Ersin Destanoğlu, Göktuğ Baytekin, Jonas Svensson, Gabriel Paulista, Onur Bulut, Tayyip Talha Sanuç, Feliks Uduokhai, Arthur Masuaku, Emirhan Topçu, Milot Rashica, Salih Uçan, Joao Mario, Bahtiyor Zainestiva, Alsem Silestimo Əl-Musrati, Jean Onana, Cher Ndour, Can Keleş, Serkan Emrecan Terzi, Gedson Fernandes, Semih Kılıçsoy, Ciro Immobile, Mustafa Erhan Hekimoğlu.
Xatırladaq ki, “Beşiktaş” UEFA Avropa Liqasında “Ayaks”, “Ayntraxt Frankfurt”, “Lion”, “Malmö”, “Makkabi Tel-Əviv”, “Bodo/Qlimt”, “Atletik Bilbao” və “Tvente” ilə qarşılaşacaq.
Fərid Aslan
MİA.AZ