"Beşiktaş"da azrzuolunmaz futbolçu sttausunda olan 32 yaşlı Vinsent Abubakar komandadan göndərilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kamerunlu futbolçu superliqada çıxış edən "Atakaş Hatayspor"la müqavilə bağlamaq üzrədir.
Xatırladaq ki, ötən mövsüm 34 matçda meydana çıxan Vinsent Abubakar 12 qol vurub, 3 məhsuldar ötürmə edib. Lakin o, ötən mövsümün ikinci hissəsindən oyunlara çıxmamaq üçün müxtəlif bəhanələr etməyə başlayıb. Bundan sonra azarkeş və məşqçi heyətinin "bir nömrəli düşmən"inə çevrilib.
Onu da qeyd edək ki, transfer pəncərəsinin bağlandığı günə qədər, yəni, sentyabrın 13-dək komandada əcnəbi sayını 14-ə endirməyə çalışan "Beşiktaş" Daniel Amartey və Aleks Oksleyd-Çemberleynlə də yollarını ayırmaq istəyir.
Fərid Aslan
MİA.AZ