"Qalatasaray" klubu 25 yaşlı seneqallı sol cinah müdafiəçisi İsmayıl Yakobsu icarəyə götürüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul kubu açıqlama yayıb.
Bildirilib ki, 25 yaşlı seneqallı sol cinah müdafiəçisi İsmayıl Yakobs "Monako"dan satınalma şərtiylə bir illliyinə icarəyə götürülüb: "Peşəkar futbolçu İsmayıl Coşua Yakobs və onun klubu "Monako" ilə 2024-2025 mövsümü üçün satınalma şərtiylə icarə müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, bu transferə görə "Monako"ya 1.000.000 avro transfer haqqı, futbolçunun özünə isə 2.1 milyon avro sabir maaş ödəniləcək".
Açıqamada futbolçunun bazar dəyərinin 8 milyon avro oldiuğu da qeyd edilib.
"Qalatasaray" onunla yanaşı, "Napoli"nin nigeriyalı forvardı Viktor Osimheni 1 illik icarə əsasında heyətinə qatıb.
Məlumata görə, bazar dəyəri 100 milyon avro olan ulduz hücumçu bu gecə Bakı avxtilə saat 01.30-da İstanbula tibbi müayinə üçün gələcək.
"Sarı-qırmızıl"ı komanda nigeriyalı ulduzun illik 11 milyon avro maaşını ödəyəcək: "Bu transferdə heç bir alış seçimi olmayacaq. 25 yaşlı futbolçu 100 milyonluq dəyəri ilə dünyanın 4-cü ən dəyərli hücumçusudur".
Fərid Aslan
MİA.AZ