Türkiyə superliqasında çıxış edən "Adanaspor"un baş məşqçisi  Sol Bamba qəfil vəfat edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Manisaspor"la matçı öncəsi dünyasını dəyişən Sol Bamba həyat yoldaşının istəyi ilə Fransada torpağa tapşırılacaq.

Məlumata görə, Sol Bambanın cənazəsi Manisa Cəlal Bayar Universiteti Xəstəxanası Hafsa Sultan Xəstəxanası meyitxanasından quru yolu ilə İstanbula göndərilib: "Sol Bambanın cənazəsi buradan təyyarə ilə Fransaya göndəriləcək".

Xatırladaq ki, iyulda "Adanaspor"la müqavilə bağlayan və baş məşqçi olan Sol Bamba komandası ilə 4 oyun keçirib. Fil Dişi Sahilindən olan sabiq futbolçu 2012-2014-cü illər arasında "Trabzonspor"da da çıxış edib.

Fərid

MİA.AZ