Bu gün "Zirə"komandası "Qarabağ"ı öz meydanında qəbul edib.

Mia.az xəbər verir ki, oyundan əvvəl "Qarabağ"ın fan klubu ilə yerli azarkeşlər arasında mübahisə düşüb.

Polis işə qarışıb. Azarkeşlər polisə müqavimət göstərdiyi üçün qonaq komandanın "Qarabağ Ordu" fan-klubunun 4 üzvü saxlanılıb.

Bir nəfərin halı pisləşib, ona yoldaşları yardım edib.

Oyuna gəldikdə isə, ilki hissədə "Qarabağ" "Zirə"yə 2 qol vurub.

Bundan sonra birinci hissənin sonuna yaxın "Zirə" bir cavab qolu vurub.

Qol sevincini yaşayan "Zirə" azarkeşləri ilə polis arasında mübahisəli anlar yaşanıb.

88-ci dəqiqədə "Qarabağ" daha br qola imza atıb - 1:3.

Oyun bu hesabla başa çatıb.

Oyundan sonra mətbuat konfransı keçirilib.

 Baş məşqçilər - Qurban Qurbanovıa Rəşad Sadıkov Mia.az-ın əməkdaşının suallarını cavablandırıb.

Aşağıdakı videoda həmin sual-cavablarla tanış ola bilərsiniz.

Zülfiyyə Mustafayeva

MİA.AZ