UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda İsveçrənin "St.Qallen" komandasını bu gün evində qəbul edəcək "Trabzonspor"un çalışdırıcısı Abdullah Avcı matçla bağlı brifinq keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ilk oyunla (0-0) bağlı ətraflı təhlil apardıqlarını xüsusi vurğulayıb.

Abdullah Avcının sözlərinə görə, ilk matçında oynadıqları oyunda əla oynasalar da, "barını yeyə" bilməyiblər: "Oynadığımız ilk matçı təhlil etdik və həm müdafiədə, həm də hücumda təkrarlarımız üzərində işlədik. Matça ən yaxşı şəkildə hazır olmaq istəyirik. Bu matç bizim üçün bir matçdan daha çox şeydir. Qalib gələcəyimizə inanırıq".

Azarkeşlərin dəstəyinə gücəndiklərini də sözlərinə əlavəe dən Avcı qələbənin komandaya böyük motivasiya verəcəyini qeyd edib: "Burada ən önəmli faktor azarkeşlərimizdir. Azarkeşlərin dəstəyinə çox ehtiyacımız var. İnanıram ki, onlara gözəl bir axşam bəxş edəəcyik. Bu, həm də komanda iləa zarkeşlərin bütünləşməsində mühüm rol oynayacaq".

Fərid Aslan

MİA.AZ