"Azarkeşlər daha yaxşı "Adanaspor"u izləyəcək".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözəri "Adanaspor"un baş məşqçisi Sol Bamba deyib.

O, futbolçularının taktiki anlayışlarından razı qaldığını bildirib, əlavə edib ki, fərdi səhvləri aradan nə qədər tez qaldıra bilsələr, azarkeşlər bir o qədər möhtəşəm komanda görəəck: "Bura gələndən sonra oyun sistemini dəyişdim. Oynamaq istədiyim sistemin 3-4-3 və 3-5-2-dir. Bu taktikaya öyrəşməmişik. Hazırda heyətdə 2 müdafiəçi və bir hücumçuya ehtiyacımız var. Klub rəhbərliyi bununçün əlindən gələni etməyə çalışır".

Transfer dövrünün sentyabrın 13-də başa çatacağını xatırladan Fil Dişi Sahili əsilli fransız çalışdırıcı deyib ki, oyunçu almaq xatirinə transfer istəmir: "Komandaya töhfə verə biləcək futbolçuları tapıb bura gətirmək istəyirik".

Xatırladaq ki, superliqada 3 matçda 1 qələbə, 2 məğlubiyyətlə ayrılan "Adanaspor" 13-cü pillədə qərarlaşıb.

Fərid

MİA.AZ