UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray"ı mübarizədən kənarlaşdıran İsveçrə təmsilçisi "Yanq Boyz"un məşqçisi Patrik Rəhmen 1:0 hesabı ilə qalib gəldikləri revanş matçından sonra mətbuatın suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk oyunda "Qalatasaray"ı 3:2, cavab oyununda isə 1:0 hesabı ilə məğlub etdiklərini xatırladan isveçrəli çalışdırıcının sözlərinə görə, komandası ilə fərxr edir: "İsveçrə liqasında çətin həftələrimiz, məğlubiyyətlərimiz oldu. Artıq yüksəlməyə başlamışıq. Son həftələr evdə və səfərdə "Qalatasaray"a qarşı son dərəcə təsiredici bir performans nümayiş etdirdik. Oyunçularım fürsətlərdən çox əla istifadə etdilər. İlk yarıda şansları qaçırdıq. Baxmayaraq ki, "Qalatasaray" bizə təzyiqi artırdı, ancaq onlar ikinci hissədə də real qol fürsəti yarada bilmədi. Biz isə əksinə, xeyli şans yaratdıq. Son bir neçə həftədəki oyunumuz məni çox sevindirdi".
 
İstanbuldakı atmosferin və sahəyə atılan su şüşələrinin futbolçularına psixoloji təsir etmədiyini qeyd edən Baş məşqçi belə bir mühit gözlədiklərini etiraf edib: "Azarkeşlərin çox çılğın bir mühit yaradacağını bilirdik. Çox həyəcanlı bir atmosferdə idik. Son anlarda gərginlik artdı, ancaq biz oyunda düzgün ritm tutaraq oyun planımızdan kənara çıxmadıq. Düşünürəm ki, hər iki matçda qələbə layiq idik”

Fərid Aslan

MİA.AZ