Bu həftə - avqustiun 31-də "Konyaspor"la qarşılaşacaq "kayserispor"un baş mıəşqçisi Burak Yılmaz jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komandası ilə fəxr etdiyini deyib: ""Konyaspor" ciddi və canlı komandadır. Onları 3 matçdır izləyirəm. Təbii ki, onların da müəyyən zəiflikləri var. Oyunçularıma inanıram. Burada çox yaxşı ab-java var. Düz yoldayıq. Bir qələbə ilə hər şey çox dəyişəcək".

Daha sonra "Kayserispor"u çox yaxşı yerlərə gətirmək üçün səy göstərdiklərini söyləyən Yılmaz jurnalistlərdən xahiş edib: "Sizdən xahiş edirəm ki, burada xaos və ya problem var görüntüsü yaratmayın. Çünki hamımız eyni gəmidəyik. "Kayserispor"u, bu şəhəri, bu komandanı və bu camaatı çox yaxşı yerlərə gətirmək üçün hamımız eyni gəmidəyik. Mənimlə, prezidentimlə və ya rəhbərliyimizlə bağlı hər hansı bir problem yoxdur...".

Fərid Aslan

MİA.AZ