UEFA Konfrans Liqasının pley-off mərhələsinin 29 avqustda Andorranın "UE Santa Coloma" və İslandiyanın "Vikingur Reykjavik" komandaları arasında oynanılacaq revanşı türkiyəli hakim Atilla Karaoğlan idarə edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Andorranın paytaxtında Estadi Nacional stadionunda saat 22.00-da başlayacaq oyunda Atilla Karaoğlanın köməkçiləri Ceyhun Sesigüzel və Abdullah Bora Özkara olacaq: "Matçın dördüncü hakimi Çağdaş Altay, VAR funksiyasını Erkan Engin, AVAR funksiyasını isə Mustafa İlker Çoşkun yerinə yetirəcək".

Fərid

MİA.AZ