Türkiyə Super Liqasının 3-cü turunda "Kasımpaşa" "Adana Dəmirspor"la maraqlı qarşılıaşmadan qalib ayrılmaq fürsətini qaçırıb.

Mia.az xəbər verir ki, 65-ci dəqiqəyə kimi "Kasımpaşa"nın 2-0 öndə olduğu oyun bərabərə başa çatıb - 2:2.

Onu da qeyd edək ki, "Adana Dəmirspor" matçın 13-cü dəqiqəsində penalti qazanıb. Lakin Yusuf Sarı penaltini qola çevirə bilməyib.

Fərid ASLAN

MİA.AZ