"Fənərbağça"nın təcrübəli müdafiəçisi Rodriqo Becao İtaliya klublarının "radarı"na düşüb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb.

Məlumata görə, İtaliyanın "Atalanta" və "Torino" futbol klubları 28 yaşlı futbolçunu heyətinə qatmaq üçün yarışır: "Hər iki klub onun transferi üçün İstanbul klubuna təklif göndərib. Danışıqlar gedir".

Yazıda qeyd edilir ki, Becaonun hazırkı bazar dəyəri 8 milyon avrodur və onun "Fənərbağça" ilə 2028-ci ilə qədər müqaviləsi var: "Bu səbəbdən "Fənərbağça" transfer haqqını qaldırmaq istəyir"

Fərid

MİA.AZ